“Qəbələ” rəsmiləri “Feyenoord”un bazasında Foto

“Qəbələ” Futbol Akademiyasının nümayəndələri Hollandiyanın “Feyenoord” Futbol Klubunun bazasında olublar.
 
Newsport.az xəbər verir ki, 6 günlük səfər zamanı Hollandiya klubunun əsas komandasının bazasına baş çəkilib, məşq və "Den Haaq"a qarşı çempionat oyunu izlənilib.
 
Həmçinin, akademiya komandalarının məşqi, oyunları, məşqçiləri, seleksiya qrupu, performans məşqçiləri, oyun və məşq fəlsəfəsi ilə tanışlıq olub.
Klub rəsmiləri Vim Yansen, Pyer van Hoydonk, Roy Makay, Yap Stam, Dirk Kuyt, Robin van Persi kimi sabiq futbolçularla da görüşüblər.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right