"Neftçi"nin sabiq prezidenti "Alkmar"ın oyununda

AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinin sədr müavini Orxan Hüseynzadə növbəti təyinatını alıb. Newsport.az saytının məlumatına görə, UEFA "Neftçi"nin sabiq prezidentini Avropa Liqasının qrup mərhələsi oyununa təyin edib.

Hüseynzadə "Partizan"la "Alkmar" arasında Belqradda baş tutacaq qarşılaşmada iş başında olacaq. İtaliyalı Marko Quidanın idarə edəcəyi görüşdə həmyerlimiz UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

Qeyd edək ki, "Partizan" - "Alkmar" oyunu sentyabrın 19-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right