İsrafilovsuz “Albasete” 4 cavabsız qola üzüldü

Futbol üzrə İspaniya 2-ci liqasında 5-ci turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
 
Sözügedən klub doğma meydanda “Tenerife” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
 
İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
“Albasete” hazırda 6 xalla 22 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right