Novruzov 90 dəqiqə oynadı, komandası...

Futbol üzrə Moldova çempionatında 21-ci turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Sfintul” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Nurlan da bu oyunun iştirakçısı olub. Azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
“Dinamo-Avto” 21 oyuna topladığı 25 xalla 8 komanda arasında 6-cı pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right