"Səbail"in futbolçusu Yevgeni Koçuk Azərbaycan Premyer Liqasının IV turunda səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra "FutbolPress"in suallarını cavablandırıb.
Newsport.az-ın məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirib:
- Oyundan öncə arxa xətdə sıxlıq yaradıb, daha çox müdafiədən əks-hücumlara keçməyi planlaşdırmışdıq. Rəqibi analiz etmişdik. Onların da əks-hücumlarda yaxşı oynadığını bilirdik. İlk hissədə bərabər mübarizə getdi. İkinci yarıda isə biz daha çox müdafiə olunduq. Qələbə vacib idi.
- İlk qolun ofsayddan vurulduğu iddia olunur. Bu barədə nə deyə bilərsiz?
- Həmin vaxt mən meydanın mərkəzində qaçırdım. Epizodu görmədim. Ona görə də nəsə demək çətindi. Təkrara baxmaq lazımdı.
- "Səbail"də daim əsas heyətdə meydana çıxırsız. Moldova millisində isə ehtiyatda qalırsız...
- Bunu bizim federasiya rəhbərliyindən, məşqçilərdən soruşmaq lazımdı.
- Siz özünüz soruşmusuz?
- Mən soruşdum. Rəqabətə görə belə olduğunu dedilər.
- Deməli, rəqabətdə komanda yoldaşlarınıza uduzursuz?
- Mən nə millidə, nə də klubumda özümü uduzmuş kimi görürəm. Üzərimə nə düşürsə, onu da edirəm.
- Növbəti turda "Qəbələ" ilə qarşılaşacaqsız. Həmin görüş barədə nə düşünürsüz?
- Bu gün hər şey bizim üçün plan üzrə gedir. "Qəbələ"ilə matça da ciddi hazırlaşmaq lazımdı. Çempionatda yalnız "Qarabağ"a uduzmuşuq. Onlarla başabaş oynamaq çətindi. Qalib gəldik. Bu əhval-ruhiyyə ilə davam etməliyik. Konkret məqsədimiz yoxdu. Sadəcə, hər oyuna yaxşı nəticə üçün çıxırıq.