"Xəzər Lənkəran" istirahətə buraxıldı

Premyer Liqanın XXV turunda “Qarabağ”la səfərdə qarşılaşan “Xəzər Lənkəran” bir günlük sərbəst buraxılıb.

Newsport.az-ın məlumatına görə, minimal hesablı məğlubiyyətlə başa çatan dünənki oyundan sonra komanda bir gün ərzində istirahət edəcək. Sabah, günün birinci yarısında tam heyətlə doğma şəhərdə bir araya gələcək komanda saat 16:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” ölkə kubokunun ¼ final mərhələsinin cavab oyununda martın 13-də “Fırtınalar meydanı”nda “İnter” klubunu qəbul edəcək. (12cioyuncu.info)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right