"Sumqayıt" - "Zirə" oyununda biabırçı hakim səhvi

Azərbaycan Premyer Liqasının IV turunun açılış matçında "Sumqayıt" "Zirə"yə 1:2 hesabı ilə uduzub.

Newsport.az-ın məlumatına görə, "Zirə"nin ikinci qolu zamanı hakimlər kobud səhvə yol verib. 88-ci dəqiqədə "Zirə"nin futbolçusu Şafik Tiqrudja topu əllə saxladıqdan sonra qapıdan keçirib. Görüşün baş hakimi Kamal Umudlu isə qolu qeydə alıb.

"Sumqayıt" futbolçularının etirazları heç bir nəticə verməyib. Əvəzində referi komandanın kapitanı Rail Məlikovu sarı vərəqə ilə cəzalandırıb.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right