"Qələbə qazandığımıza görə şadam. Liderlərdən geridəyik və hər oyun meydançaya üç xal üçün çıxmalıyıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 25-ci turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O, komandasının birinci hissədəki oyunundan razı qaldığını bildirib:
"İkinci hissədə hesabı qorumağı tapşırmamışdım. Sadəcə, oyunçuların psixologiyası tam formalaşmıyıb. Onlar başa düşməlidir ki, 2:0 sürüşkən hesabdır. Sona kimi oynamaq lazımdır. Ümumilikdə, oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm".