“Qarabağ”a qarşı oynadığımızı nəzərə alsaq, futbolçulardan razı qaldım. İkinci hissədə bir qədər problem oldu. Ona görə də qol buraxdıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ"a uduzduqları matçdan (0:1) sonra deyib.
“Qarabağ”la bağlı xoş sözlər demək olar. Rəqib Azərbaycanın ən güclü komandasıdır. “Qarabağ”da boşluqlar tapmaq çox çətindir” - deyə o bildirib.