“Keyfiyyətli oyun alınmadı” - Sxadadze

“Gərgin oyun keçdi. İlk üçlükdə qərarlaşan komandaların görüşündə belə gərginlik olur. Düşünürəm ki, keyfiyyətli oyun alınmadı, daha çox mübarizəli bir oyun izlədik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze “Neftçi” üzərində qələbədən (2:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

Gürcüstanlı məşqçi futbolularının rəqib səhvindən düzgün yararlandıqlarını bildirib: “Düzdür, “Neftçi”də və “İnter”də keyfiyyətli oyunçular var. Amma bu tip oyunlarda emosiya yüksək olur. Külək oyuna təsir etsə də, oyunçularım işin öhdəsindən gəldilər. Futbolçularım rəqibin səhvindən istifadə edə bildilər və iki qol vurdular”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right