Bordindən sonra Frederiko "Apollon"un yeni planı

Kiprin "Apollon" klubu "Neftçi"nin futbolçusu Dario Frederikonu transfer etmək istəyir.

Newsport.az-ın Kipr mətbuatına istinadən yaydığı xəbərə görə,  27 yaşlı yarımmüdafiəçinin Bakı təmsilçisi ilə 2 illik müqaviləsi olmasına baxmayaraq, "Apollon" onu heyətinə qatmağı planlaşdırır. Xəbərdə Frederikonun azad agent olmadığı və Kiprdə transfer pəncərəsi bağlandığı üçün bu keçidin qışda gerçəkləşə biləcəyi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl "Apollon"un "Neftçi"nin baş məşqçisi Roberto Bordinlə maraqlandığı iddia olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right