Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Sevilya"nın UEFA-ya təqdim edəcəyi iştirak ərizəsi ilə bağlı heç bir probemi yoxdu. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, əndəlüs təmsilçisi A siyahısında 25 oyunçunun adını sifariş edəcək.
Baş məşqçi Xulen Lopetegi hansısa futbolçunu kənarda saxlamaq məcburiyyətində qalmayacaq. O, Xesus Navas, Alexandro Pozo, Xavi Dias və Brayan Gili klubun yetirməsi kimi təqdim edəcək.
Serxio Requlyon, Serxio Eskudero, Xoan Cordan, Oliver Torres, Serxi Qomes, Nolito və Munir El-Haddadi yerli, digər 14 oyunçu isə əcnəbi kimi sifariş olunacaq. Mena, Lara, Amo kimi oyunçular B siyahısında göstəriləcək.
Qeyd edək ki, "Sevilya" qrupda ilk oyununu sentyabrın 19-da səfərdə "Qarabağ"a qarşı keçirəcək.