Bu gün Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, turun bütün qarşılaşmaları bu günə nəzərdə tutulub.
Günün ilk oyunu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
Burada “Neftçi” “İnter”I qəbul edəcək. Turnir cədvəlinin 2-ci və 3-cü pilləsində yerləşən komandaların oyunu maraqla gözlənilir.
İkinci oyunda paytaxt klubları üz-üzə gələcək. AZAL öz meydanında “Bakı”nı sınağa çəkəcək.
Lider “Qarabağ” Respublika stadionunda “Xəzər Lənkəran”la üz-üzə gələcək.
Günün son oyununda “Sumqayıt” “Qəbələ”nin qonağı olacaq.
8 mart (bazar)
17:00. “Qarabağ” – “Xəzər Lənkəran” 1:0
Qol: Riçard Almeyda, 48 (1:0)
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Cavanşir Yusifov, Munis Abdullayev
Tofiq Bəhramov adına Respublika stadionu
18:00. “Qəbələ” – “Sumqayıt” - 2:0
Qol: Viktor Mendi, 22 (1:0), 34 (2:0)
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Rza Məmmədov
Qəbələ şəhər stadionu
15:00. “Neftçi” – “İnter” - 0:2
Qol: Migel Alvaro, 48 (0:1), Asif Məmmədov, 88 (0:2)
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Namiq Hüseynov, Mehman Mahmudov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
16:00. AZAL – “Bakı” - 2:0
Qol: Aydın Qasımov, 79, Nicat Qurbanov, 90+1
Qırmızı vərəqə: Jaba, 70 ("Bakı")
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Vüsal Qənbərov, Orxan Məmmədov
AZAL Arena
Turnir cədvəli
Bombardirlər
Nurlan Novruzov ("Bakı") - 11 qol
Draqan Çeran ("Simurq") - 10 qol
Mikel Alvaro (“İnter”) - 9 qol
Franka Nildo ("İnter") - 8 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 8 qol
Rəşad Eyubov ("Simurq") - 7 qol
Freddi Mombonqo (AZAL) - 6 qol
Reynaldo Silva ("Qarabağ") - 6 qol
Cavid Hüseynov ("Qəbələ") - 6 qol