Soni Mustivar millinin düşərgəsinə yollanmayacaq

“Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar Haiti milli komandasının düşərgəsinə yollanmayacaq. 

Newsport.az xəbər verir ki, buna səbəb futbolçunun zədə almasıdı. 

Mustivar sağ budun orta 1/3-də birinci dərəcəli gərilmə diaqnozu ilə 7-8 gün müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.

Xatırladaq ki, yarımmüdafiəçi Haiti milli komandasının KONKAKAF Milli Liqası çərçivəsində sentyabrın 7-si və 10-u Kurasao yığması ilə keçirəcəyi oyunlara dəvət olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right