Super Liqa təmsilçisi "Qəbələ"yə 2 qol vuran futbolçunu transfer etdi

Türkiyənin "Konyaspor" klubu Tiflis "Dinamo"sunun kapitanı Levan Şengeliyanı transfer edib. Newsport.az  xəbər verir ki, Super Liqa təmsilçisi 24 yaşlı vinger üçün təzminat ödənilməyib.
 
Gürcü futbolçu ilə "2+1 il" şərtilə müqavilə imzalanıb. Şengeliya illik 300 min avro maaş alacaq.
 
Gürcüstan yığmasına ilk dəfə dəvət alan Levan Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə cavab görüşündə (3:0) iki qol vurmuşdu. O, 2017-ci ildən "Dinamo"da çıxış edirdi.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right