AFFA prezidenti Rövnəq Abdullayev Bakı Olimpiya Stadionunun çökməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, qurum başçısı bunları deyib:
“Hamısı boş şeydir, şayiədir. Kimlərsə Bakıda keçiriləcək I Avropa Oyunlarına kölgə salmaq istəyir. Mən də bu şayiələri eşitdim. Bu, Azərbaycanda təşkil olunacaq nüfuzlu yarışa növbəti dəfə qara yaxmaq cəhdidir”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda ilk nüfuzlu tədbir iyunun 12-də keçiriləcək. Həmin gün I Avropa Oyunlarının açılış mərasimi təşkil olunacaq.