AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, əməkdar jurnalist Mikayıl Nərimanoğlunu 50 illik yubileyi münasibətilə təbrik edib.
Newsport.az-ın xəbərinə görə, Rövnəq Abdullayev yubilyarı AFFA-nın xüsusi diplomu ilə təltif edib.
R.Abdullayev yubilyara cansağlığı və yaradıcılıq uğurları arzulayıb.