“Palmali" borcunu qaytarsın!” – Hafiz Məmmədov

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov bu gün AFFA İcraiyyə Komitəsinin iclasından sonra “Xəzər Lənkəran”ın sponsoru olan “Palmali” şirkətinin ona olan borcunu qaytarmağı tələb edib.

Newsport.az-ın xəbərinə görə, o, jurnalistlərə deyib: “Buradan “Palmali” şirkətinə səslənərək onların mənim rəhbərim olduğu “Baghlan groupa” borcunu qaytarmağa çağırıram. 

Əks halda bunun yaxşı nəticələri olmaya bilər. Biz “Lans” klubuna pul ödəməliyik. Bu olmasa, sabah klubun oyunçuları, azarkeşləri arasında ciddi narazılıq yarana bilər. Onlar təcili olaraq, bizə olan borcunu qaytarmalıdır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right