AFFA-nın 2014-cü ildəki qazancı açıqlandı

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilir.

Newsport.az-ın məlumatına görə, mərasimdə AFFA-nın geridə qalan 2014-cü ildəki gəliri də açıqlanıb. Bildirilib ki, ötən il assosiasiya 1116000 manat qazanıb.

Belə ki, AFFA-nın gəliri 22790000 manat olub. Xərclər isə 21674000 manat təşkil edib. Bura milli (9600000), hakimlər (2400000), ezamiyyə xərcləri (2200000), gənclər liqası (2100000), futzal (420000), rəsmi və yoxlama oyunlarının təşkili (407000) daxildir. Bundan başqa, Regional Futbol Liqasına 236000, Veteranlar İttifaqına isə 188000 xərclənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right