"Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” ölkəmizdə uğurla həyata keçirilir. Ölkə prezidenti cənab İlham Əliyevin qarşımıza qoyduğu tələblərin bir çoxu artıq yerinə yetirilib".
Newsport.az-ın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev AFFA-nın Hesabat Konfransında deyib.
O, 2020-ci ildə Avropa çempionatının keçirilməsi üçün təklifi qısa zamanda hazırladıqlarını bildirib:
"UEFA bu təklifimizi qəbul etdi. Nəticədə “Avro-2020”-nin üç qrup və bir 1/4 final oyunu Bakıda keçiləcək. Bu, Azərbaycan futbolu adına böyük hadisədir”.
R.Abdullayev qarşıya qoyulan vəzifələri yerinə yetirib, etimadı doğrultmağa çalışacaqlarını söyləyib:
"Prezidentə bizə verdiyi böyük dəstəyə görə təşəkkür edirəm. Dövlətimiz bizə böyük köməklik göstərdi ki, bu da birgə görülən işin nəticəsidir