UEFA-dan Orxan Məmmədova yeni təyinat

Azərbaycanın FİFA referisi Orxan Məmmədov UEFA-dan yeni təyinat alıb.

Newsport.az-ın məlumatına görə, referimiz 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinin oyunlarını idarə edəcək.

O.Məmmədov 4-cü qrupda keçiriləcək İrlandiya - Yunanıstan və İrlandiya - Polşa görüşlərinin baş hakimi olacaq. Ona hər iki oyunda həmyerlimiz Mübariz Həşimov köməklik edəcək. 

Qeyd edək ki, İrlandiya - Yunanıstan oyunu martın 21-də, İrlandiya - Polşa oyunu isə martın 26-da keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right