Əliyar Ağayev Almaniya millisinin oyununda

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Newsport.az-ın məlumatına görə, o, 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasındakı Avropa çempionatının elit mərhələsinin Almaniyada keçiriləcək oyunlarında ədaləti qoruyacaq.

Ağayevin idarə edəcəyi oyunlar da bəllidir. Belə ki, o, martın 26-da Almaniya - Slovakiya qarşılaşmasını, ayın 31-də isə İrlandiya - Slovakiya görüşündə baş hakim olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right