"Qəbələ" ciddi itki ilə üzləşib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, əyalət təmsilçisi aparıcı üzvü Dodonu itirib.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Simurq" qarşılaşmanın 73-cü dəqiqəsində zədələnərək oyunu tərk edən braziliyalı yarımmüdafiəçinin 3 həftə yaşıl meydanlardan kənar qalacaq.
Bu gün müayinədən keçən futbolçunun diz bağlarında zədə aşkar olunub.