"Qarabağ" bu gün gedir

Avropa Liqasının pley-off mərhələsində "Linfild"in qonağı olacaq "Qarabağ" bu gün Şimali İrlandiyaya gedəcək.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu saat 20:30-da ölkəmizi tərk edəcək. Komanda paytaxt Belfasta çarter reysi ilə gedəcək və təqribən 6 saatlıq yol qət edəcək.

Sarı vərəqə cəzalıları - Riçard Almeyda və Rahil Məmmədov, zədəlilər - Bədavi Hüseynov və Filip Ozobiç Şimali İrlandiyaya aparılmayacaq.

Qeyd edək ki, "Linfild" - "Qarabağ" matçı avqustun 22-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right