"Neftçi" ilə "Səbail"in fərqi

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu geridə qaldı. Newsport.az xəbər verir ki baş tutan 4 matçı izləyən azarkeş sayı bəlli olub.

"Dalğa Arena"da "Keşlə" ilə "Qarabağ" arasında keçirilən açılış oyununda (0:1) 800 azarkeş olub. Ən yüksək göstərici isə turun bağlanış matçında qeydə alınıb. "Neftçi" ilə "Sabah" arasında baş tutan sözügedən görüşdə (1:1) 1500 nəfər tribunada yer alıb.

Ən az izləyici isə Bayılda olub. "Səbail" - "Zİrə" (1:0) matçına 400 nəfər baxıb. Qəbələdə eyniadlı komandanın "Sumqayıt"a 0:2 hesablı yenilgisinə isə 500 futbolsevər tamaşa edib.

Ümumilikdə, turun 4 qarşılaşmasını 3200 nəfər izləyib ki, bu da hər qarşılaşmada 800 azarkeşin olması deməkdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right