17 yaşadək futbolçulardan Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. Newsport.az xəbər verir ki, yarış avqustun 24-dən 31-dək Ukraynanın Kiyev şəhərində təşkil olunacaq.
Bu gündən avqustun 24-dək Bakıda təlim-məşq toplanışında olacaq millimiz Viktor Bannikov turnirində Ukrayna, Latviya və İsrail komandaları ilə birgə A qrupunda mübarizə aparacaq.
Beynəlxalq turnirə bu oyunçular dəvət edilib: Elgün Bayramov, Mirəli Əhmədov, Nihad Cəfərov (hamısı "Neftçi"), Eldar Tağızadə ("Fundacion Marcet", İspaniya), Amin Ramazanov ("Lokomotiv", Moskva, Rusiya), Rəşad Həsənov, Əbil Əbilov, Kamal Kazımov, Vaqif Həsənov (hamısı "Keşlə"), Cəlal Hüseynov, Elnur Mirzəyev, Vüsal Əliyev, Nurəli Nurəliyev (hamısı "Zirə"), Raqib Abışov, Vüsal Qəmbərov (hər ikisi "Sabah"), Samir Həsənov ("Rubin", Kazan, Rusiya), Nikita Pesotski ("Çertanovo", Moskva, Rusiya), Ülvi Mədətov, Rauf Rüstəmli (hər ikisi "Qəbələ"), Zöhrab Əsədov, Musa Musazadə, Mirmövsüm Canıyev (hamısı "Qarabağ"), Arif Məmmədov, Nicat Quliyev (hər ikisi "Səbail").
Turnirin təqvimi:
26 avqust
17:00. Azərbaycan – İsrail
27 avqust
17:00. Ukrayna – Azərbaycan
29 avqust
17:00. Latviya – Azərbaycan
30 avqust, saat 15:00 və ya 17:00
A1-B1 / A2-B2 / A3-B3 / A4-B4