Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu başa çatır.
Newsport.az saytının məlumatına görə, bu gün açılış turunun son oyunu keçiriləcək.
Alternativli heyətlə bu dəfə çempionluğu hədəfləyən "Neftçi" yay fasiləsindən xeyli güclənmiş "Sabah"ı qəbul edəcək. Bunu ilk turun mərkəzi oyunu da saymaq olar.
Təbii ki, avrokuboklardakı ardıcıl oyunlarla formaya düşən "flaqman" daha şanslıdı. Ancaq "ağ-qaralar"ın paytaxt derbisində işi asan olmayacaq.
Azərbaycan Premyer Liqası
I tur
19 avqust
20:00. “Neftçi” – “Sabah” - 1:1
Qollar: Rəşad Eyubov, 33 (0:1), Soni Mustivar, 40 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
“Bakcell Arena”