"Mən ancaq cibimdəki pulun nə qədər olduğunu deyə bilərəm"

Azərbaycan Premyer Liqasının I turunda keçirilən "Səbail" - "Zirə" (1:0) matçından sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyev fikirlərini ibildirib.

Newsport.az-ın məlumatına görə, o, qələbəni belə şərh edib:

"Hər zaman ilk tur həyəcanlı olur. Bu dəfə də hər iki komandada həyəcan hiss olunurdu. Meydanda gözlədiyimizdən də güclü "Zirə" gördük. Futbolçularımıza əzmkarlığa görə təşəkkür edirəm. Problemlərimiz haqda çox danışmayacam, hər kəsə məlumdu. Matça yaxşı başlasaq da, sonradan nəzarəti rəqibə verdik. İkinci hissədə vəziyyəti dəyişdik.

İki legionerimizin getməsi gözlənilməz oldu. Ancaq buna görə məyus deyilik. Yerli gənclərimiz də var. Bu gün Turan Manafov oynadı, yaxşı təsir bağışladı.

Maliyyə problemləri? Mən ancaq cibimdəki pulun nə qədər olduğunu dəqiq deyə bilərəm. Bu suala rəhbərlik cavab verə bilər".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right