Honduras millisinin hücumçusu Azərbaycan klubunda

Honduras millisinin hücumçusu Rojer Roxas karyerasını Azərbaycanda davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı forvardın çıxış etdiyi Kosta-Rikanın "Alaxuelense" klubu bu barədə məlumat yayıb:

"Roxas Azərbaycanda yüksək liqa klubu ilə danışıqları tamamlanmaq üçün bu ölkəyə gedəcək. Klubumuza göstərdiyin xidmət üçün təşəkkürlər!"

Roxasın hansı klubla müqavilə imzalayacaöı məlum deyil. Futbolçu özü də transferlə bağlı danışıb: "Azərbaycanda oynayacağım üçün şadam. Danışıqlar uzun müddət davam elədi".

Honduraslı forvard "Alaxuelense"də 2017/18 mövsümündə 26 oyuna 20 qol vurmuşdu. Futbolçu ötən mövsüm 39 oyuna 16 dəfə fərqlənmişdi. Yeni mövsüm 3 oyun meydana çıxan Rojer 3 oyuna 1 qol vurmağı bacarıb. Roxas 2010-cu ildən Honduras millisinə dəvət alır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right