"Qurban Qurbanov ədalətlidir, mənə də şans verəcək"

 “Qarabağ”ın hücumçusu Danilo Dias “Bakı” ilə kubok oyunundan (3:0) sonra müsahibə verib,


- Yəqin ki, “Bakı”ya böyük hesabla qalib gəlməyiniz gözlənilməz olmadı...

- Oyuna yaxşı başladıq. İlk hissədə üç qol vurduq. Rəqibə  şans vermədik. Komandamız birinci hissədə nəticəni demək olar ki, əldə etmişdi. Oyuna sonradan daxil oldum. İstəyirdim mən də qol vurum, amma daha vacib olan qalib gəlməyimizdir.

-  Son üç həftəni əvəzedici heyətdə keçirirsən. Artıq əsas heyətdə oynamağa özünü  tam hazır hiss edirsən?

- Mən hər gün öz üzərimdə çalışıram. Ümid edirəm ki, baş məşqçimiz mənə şans verəcək. Həmin şansı dəyərləndirməyə çalışacam.

- Yayda komandadan gedəcəyin haqda söz-söhbətlər gəzir...

- “Qarabağ”la müqaviləm var. Müqaviləmin sonuna kimi komandada qalmaq istəyirəm. Bu kimi şeyləri hələki düşünmürəm.

- Yeni transfer Dani Quintana sənin əsas heyətdə möhkəmlənməyinə çətinlik yaratmayacaq ki?

- O da mənim kimi komandaya kömək etmək üçün gəlib. Quintananın  “Qarabağ”da olmağı, mənim üçün əlavə bir motivasiyadır. Baş məşqçimizn seçiminə hörmətlə yanaşıram. Mən bu kimi məsələlərə fikir vermirəm. Sadəcə olaraq məşq etmək istəyirəm.

- Uzun müddət yaşıl meydanlardan uzaq qaldın. Əvvəlki formanı bərpa etmək  üçün nə qədər vaxt lazımdır?

- Əvəzedici heyətdə bir neçə oyuna çıxdım. Bu, mənə kömək oldu. Artıq mən də məşqlərə daha inamla çıxıram. Bu şəkildə məşq edərək  öz formamı bərpa etməyə çalışıram. Baş məşqçimiz ədalətli bir insandır. Ümid edirəm ki, hər şey yaxşı olacaq.(qol.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right