"Çempionatdan çox kubokda iddialıyıq" – Mirhüseyn Seyidov

"Rəqib bizə qarşı yaxşı mübarizə apardı. AZAL demək olar ki, müdafiə futbolu oynayırdı. Nə qədər çalışsaq da, qol vura bilmədik. Amma çox istəyirdik ki, turun taleyini ikinci oyuna kimi həll edək. Təəssüf ki, alınmadı".

Bu sözləri Newsport.az-a "Neftçi"nin futbolçusu Mirhüseyn Seyidov Azərbaycan kubokunun 1/4 finalında AZAL-la 0:0 hesabı ilə bərabərə qaldıqları ilk matçdan sonra deyib.

"Baş məşqçi əsas heyət oyunçularından bəzilərinə çempionatdakı qarşılaşmalara görə istirahət verdi. Bu da bizim oyunumuza təsir etdi" - deyə o bildirib.

M.Seyidov onu da qeyd edib ki, çempionatdan daha çox kubokda iddialıdırlar:

"Kuboku qazanmaq istəyirik. Bütün qüvvəmizi buna sərf edəcəyik".

M.Hüseynov "Qarabağ"ın Azərbaycan Premyer Liqasının 24-cü turunda "Qəbələ"yə uduzmasına da münasibət bildirib:

"Qarabağ"ın məğlub olması şanslarımızı artırdı. Onların növbəti matçlarda xal itirməsini istəyirik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right