Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, "İnter" doğma meydanda "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə məğlub edib.
"İnter Arena"da keçirilən qarşılaşmadan sonra ev sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze qalibiyyəti belə şərh edib:
“Hər zaman kubok oyunu çempionat oyunundan fərqlənir. Kubok titula gedən ən qısa yoldu. Önəmli futbol ölkələrində bəzən kuboka maraq göstərmirlər. Amma Azərbaycanda belə deyil. Qızğın mübarizə gedir. “Xəzər Lənkəran”ın futbolçularına və məşqçisinə təbrik düşür. Çünki onlar gənc olmalarına baxmayaraq, bizimlə ayaqlaşırdılar. Rəqibin səhvlərindən yararlandıq. Amma buna baxmayaraq, cavab oyunu çətin olacaq. Xüsusən də, oyunun əvvələri çətin keçəcək”.