Con Delarj "Qarabağ"da qaldı

"Qarabağ"dan ayrılacağı gözlənilən Con Delarj komandada qalıb.

Newsport.az-ın məlumatına görə, Konqo millisinin üzvü yeni klub tapmadığı üçün Ağdam təmsilçisində qalmağa qərar verib. O, əvəzedici komanda ilə hazırlaşır.

"Qarabağ" 28 yaşlı futbolçunu ötən yay Türkiyənin "Bursaspor" klubundan 170 min avroya transfer etmişdi.

Delarj "Qarabağ"da keçirdiyi 13 oyunda 3 qol vurub, 2 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right