Qriqorçuk: "Futbol həyatımda belə bir uğursuz gün yadıma gəlmir"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/4 finalında "Simurq" 0:3 hesabı ilə uduzduqları ilk matçı şərh edib.

Newsport.az-ın məlumatına görə, o, bu günun onlar üçün uğursuz olduğunu söyləyib:

“Buraxdığımız qolları analiz etmək belə çətindir. Futbol həyatımda belə bir uğursuz gün yadıma gəlmir. Düzdür, bizim qol vurmaq şanslarımız da oldu. Amma yararlana bilmədik".

R.Qriqorçuk onu da qeyd edib ki, futbolçuları “Qarabağ”la oyundan sonra yorğun idilər:

"Nəticədə onlar düzgün qərar verə bilmirdilər”.  

pfl.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right