Tərlan Əhmədov: "Millət vəkilləri uduzmağımız üçün mənə təzyiq etmişdilər"

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
 
Newsport.az-ın məlumatına görə, "Neftçi" doğma meydanda AZAL-la 0:0 bərabərə qalıb.  

"Bakcell Arena"da keçirilən qarşılaşmadan sonra qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov heç-heçəni belə şərh edib:

"Kubok oyunları hər zaman başqa motivasiyada olur. Futbolçulara ilk oyunda qol buraxmamağı tapşırmışdım. Gözəl oyun olmayacağını bilirdim. Oyunçulara nəticə əldə etməyi tapşırmışdım. Komandanın oyunundan razı qaldım. Məşqçilər korpusuna proqram yazılıb, verilmişdi. Mütəmadı olaraq onlarla əlaqə saxlayırdıq. Allaha şükür ki, işimizdə nöqsan yoxdu".
 
T.Əhəmdov son zamanlar mətbuatda geniş müzakirə olunan Neftçi ilə "danışlmış oyun"la bağlı da fikirlərini bildirib."Bir dəfə mənə dedilər ki, filan oyunçu oyun satıb. Onu deyən də keçmiş oyunçumuz idi. Ona dedim ki, o qədər özünə elə işlərlə məşğul olmusan, indi də belə şeydən şübhələnirsən. Yadınızdadısa Türkiyə Arif Ərdəmin qolu ilə Azərbaycan millisi məğlub etmişdi. Həmin oyunda millət vəkilləri mənə uduzmağımız üçün təzyiq etmişdi. Çünki komandanın kapitanı mən idim. Ancaq mən onlara satılmaz insan olduğumu bildirdim. Belə söz-söhbətləri ortaya atanları özləri ilə baş-başa. buraxıram".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right