"Sabah"da haitili hücumçu

“Sabah” baxışa yeni futbolçu dəvət edib.

Newsport.az-ın məlumatına görə, haitili hücumçu Endi Faustin komandanın düşərgəsindədir.

22 yaşlı futbolçu ötən gün birinci divizion təmsilçisi MOİK-lə yoxlama oyununda meydana çıxıb. O, “Sabah”ın 5:0 hesablı qələbəsi ilə başa çatan görüşdə qol vurmağı da bacarıb.

Qeyd edək ki, Faustin son olaraq Belçikanın “Sulte Varegem” klubunda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right