"Valensiya" 45 milyonluq transferi heyətinə pulsuz qatdı

"Mançester Siti"dən ayrılan fransalı müdafiəçi Elyakim Manqalyanın yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı futbolçu İspaniya La Liqa təmsilçisi "Valensiya"ya transfer olub. "Yarasalar" Fransa millisinin sabiq üzvü ilə iki illik müqavilə imzaladığını bəyan edib.

Manqalya 2016/2017 mövsümünü icarə əsasında "Valensiya"da keçirmişdi.

"Mançester Siti" müdafiəçini 2014-cü ildə "Portu"dan 45 milyona avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right