Ağabala Ramazanov "Zirə"yə keçir

"Səbail"i tərk edən futbolçuların sayı artır.

Newsport.az-ın məlumatına görə, Dilan Duventru və Bilal Həmdidən sonra Ağabala Ramazanov da paytaxt təmsilçisindən ayrılıb.

"Dənizçilər"lə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan hücumçunun yeni komandası da bəllidir.

O, bundan sonra "Zirə"də çıxış edəcək. Qəsəbə təmsilçisi ilə anlaşan futbolçunun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Ramazanov "Səbail"ə ötən yay "Qarabağ"dan keçmişdi.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right