Tərlan Əhmədov "Portu"nun oyununu izlədi

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov PRO kurslarının tələblərinə uyğun olaraq Portuqaliyada təcrübə keçib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Pasuş de Ferreyra"nın düşərgəsində olan T.Əhmədov fürsətdən istifadə edərək Primeyra Liqanın 2 matçını stadiondan canlı izləyib.

O, əvvəlcə "Portu" - "Sportinq" (3:0), sonra isə "Belenenseş" - "Pasuş de Ferreyra" (0:1) görüşlərində stadionda olub.

Qeyd edək ki, T.Əhmədov dünən gecə saatlarında vətənə qayıdıb. O, bu gün AZAL-ı "Neftçi" ilə ölkə kubokunun ilk 1/4 final matçına çıxaracaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right