“Səbail” daha bir legionerlə yolları ayırdı

“Səbail” bu yay transfer etdiyi Bilal Həmdi ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi Feysbuk səhifəsi  məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Futbolçuya azad agent statusu verilib. 

Qeyd edək ki, “Səbail” dünən daha bir yeni transferi Dilan Duventru ilə də yollarını ayırmışdı.

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right