"Qarabağ" və "İnter" qalib gəldi, "Qəbələ" uduzdu

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
 

Newsport.az-ın məlumatına görə, bütün qarşılaşmalar eyni günə nəzərdə tutulub.

“Neftçi” öz meydanında AZAL-ı qəbul edib. Bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb. 

“Xəzər Lənkəran” “İnter”in qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.  

Premyer Liqanın lideri “Qarabağ” Respublika stadionunda autsayder “Bakı” ilə üz-üzə gəlib və rəqibini 3:0 hesabı ilə məğlub edib.
   
Günün son matçı Qəbələdə keçirilib. “Qəbələ” doğma meydanda “Simurq”la qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

 

4 mart

Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar
 

19:00. “Qəbələ” – “Simurq” - 0:3 
Qollar: 
Draqan Çeran, 17 (0:1), 55 (0:2), Benjamin Lambot, 57 (0:3) 
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Zeynal Zeynalov
Qəbələ şəhər stadionu
 




17:00. “Qarabağ” – “Bakı” - 3:0
Qollar: 
Reynaldo, 6 (1:0), Vüqar Nadirov, 24 (2:0), Reynaldo, 32 (3:0)
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Nahid Əliyev, Rəhim Həsənov 
Tofiq Bəhramov adına Respublika stadionu

 


17:00. “Neftçi” – AZAL - 0:0
Hakimlər: 
İnqilab Məmmədov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Namiq Hüseynov
“Bakcell Arena” 


17:00. “İnter” – “Xəzər Lənkəran” - 2:0 
Qollar: 
Mikel Alvaro, 41 (1:0), Asif Məmmədov, 69 (2:0)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Coşqun Həsənov, Xəlil Xəlilov
“İnter Arena”

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right