"Xəzər Lənkəran"ın dərdi təzələndi

Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə "İnter"lə qarşılaşacaq "Xəzər Lənkəran" sözügedən oyun öncəsi ciddi itki ilə qarşılaşıb.

Müdafiəçi Tural Cəlilov zədəsini sağaltsa da, rumıniyalı Manuel Skarlatake məşq zamanı yenidən ayağında ağrılar hiss edib və məşqi yarımçıq dayandırıb. Təcrübəli futbolçunun "İnter"lə oyunda meydana çıxması gözlənilmir.

Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” matçı sabah saat 17:00-da “İnter Arena”da oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right