"Qarabağ"ın zədəli futbolçusu Filip Ozobiçin son durumu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, dizətrafında sümük qırığı aşkarlanan xorvat yarımmüdafiəçinin ən azı bu ilin sonuna qədər oynamayacağı bəlli olub.
Qeyd edək ki, F.Ozobiç Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"la cavab matçında (3:0) zədələnib. O, 25-ci dəqiqədə Dani Kintana ilə məcburi əvəzlənmişdi.