Dani Kintana rəsmən "Qarabağ"da FOTO

Bu gün "Qarabağ" 2015-ci ildə ilk transferini reallaşdırıb. 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ispaniyalı Dani Kintananı öz "rənglərinə bağlayıb".

"Qarabağ"da çıxış edəcək ilk prineyli kimi tarixə düşəcək yarımmüdafiəçi İspaniyanın "Valensiya" klubunun yetirməsidir.Kariyerası ərzində daha çox ispan klublarında çıxış edən Daninin ulduzu Polşanın "Yagelloniya" klubunda parlayıb.

Ötən mövsüm Polşa 1-ci liqasında 15 qol vuran yarımmüdafiəçi bu mövsümün başlanğıcında Səudiyyə Ərəbistanın "Əl-Əhli" klubuna transfer olunub. Mövsümün gedişində isə Ərəbistan klubu ilə yollarını ayırıb. Belədə Dani "Qarabağ"a azad trasnfer kimi keçib. Bu gün tibbi baxışdan uğurlar keçən ispaniyalı ilə 3 illik müqavilə bağlanılıb.

FİFA-nın qaydalarına əsasən Kintana mövsüm ərzində iki klubda oynadığına görə bu mövsüm "Qarabağ"da forma geyinə bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right