Mahir İspaniya klubunda oynaya bilər

"Qarabağ"ın hücumçusu Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı futbolçu Sequnda klublarının transfer hədəfindədir. Klubların adı açıqlanmasa da, komandaların Mahirlə ciddi şəkildə maraqlandığı vurğulanıb.

Emrelinin 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə görüşlərdə özünü göstərdiyi qeyd edilib.

Azərbaycan millisinin üzvü ötən mövsüm 16 qolla Premyer Liqanın bombardiri olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right