"Xəzər Lənkəran" ara vermədən davam etdi

Ötən gün doğma arenada “Bakı” üzərində 2:1 hesabı ilə qələbə qazanan “Xəzər Lənkəran” istirahət etmədən hazırlıqlarını davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, bu gün oyunsonrası bərpa məşqinə çıxan komanda hazırlıq prossesinin ardından bir neçə saatlıq sərbəst buraxılıb.

Növbəti məşq isə martın 2-də paytaxtda keçiriləcək.

 "Xəzər Lənkəran” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyun çərçivəsində martın 4-də səfərdə “İnter”lə üz-üzə gələcək. Cavab qarşılaşması martın 13-də “Fırtınalar meydanı”nda baş tutacaq. (12cioyuncu.info)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right