"Qarabağ"la oyunlarımız hər zaman çətin keçib" – Dodo

"Çox maraqlı oyun oldu. Premyer Liqanın lideri üzərində qələbə qazandıq.  Bizim üçün vacib qələbə idi. Çünki çempionata yaxşı başlamamışdıq. Bu qələbə qarşıdakı oyunlara daha yaxşı motivasiya olmağımıza kömək edəcək". 

Bu sözləri 
Newsport.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Dodo Premyer Liqanın 24-cü turunda "Qarabağ"a qalib gəldikləri oyun (1:0) haqda danışarkən deyib. 


Dodo "Qarabağ"la oyunların hər zaman çətin keçdiyini bildirib: "Qarabağ" Azərbaycanın ən yaxşı komandasıdır. Onlarla oyunlarımız hər zaman çətin keçib. Onlara qarşı çox gözəl oyun sərgilədik. Amma "Qarabağ"ı da alqışlamaq lazımdır. Bu komanda çox gözəl nizam-intizama malikdir". 

"Qəbələ"nin Avropa Liqasına vəsiqə qazanmaq şansları haqda danışan braziliyalı futbolçu deyib: "Hələlik bu barədə heç nə deyə bilmərəm. Çünki qarşıda çox oyun var. Əsas Premyer Liqanın növbəti oyunlarında yaxşı nəticələr əldə etməkdir. Biz öz oyunumuzu yenicə tapmağa başlamışıq. Qarşıda nələr olacağını demək çətindir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right