"Zirə" "Boka Xuniors"un sabiq futbolçusunu transfer etdi

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, qəsəbə təmsilçisi Soni Norde ilə anlaşıb. 29 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.

Haitili futbolçu bundan öncə “Boka Xuniors B”(Argentina), “San Luis B” (Meksika), “Altamira” (Meksika), SRKC (Banqladeş), “Mohun Baqan” (Hindistan) və “Mumbay Siti” (Hindistan) klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right