“Qəbələ”nin daha bir yetirməsi Çexiya klubunda

"Qəbələ Futbol Akademiyası"nın yetirməsi Samir Qurbanov karyerasını Çexiyada davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə futbolçunun meneceri Vaqif Heydərli sosial şəbəkə hesabında məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi "Viktoriya Jijkov" klubu ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, Samir Qurbanov Azərbaycanın U-19 yığma komandasının üzvüdür.

Xatırladaq ki, hazırda “Qəbələ”nin digər yetirməsi Fərid Nəbiyev də Çexiyada legioner həyatı yaşayır. O, “Slaviya” (Praqa) klubunda çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right