“Üstünlük bizdə idi. Lakin ilk qolu biz buraxdıq. Sonradan toparlansaq da, məğlub olduq. Buna baxmayaraq, oyundan və mübarizədən razıyam".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Premyer Liqasının 24-cü turunda "Xəzər Lənkəran"a 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
"Sadəcə, mənim xahişim odur ki, hakimlər təkcə bizim oyunlarda yox, bütün qarşılaşmalarda diqqətli olsunlar" - deyə o bildirib.(pfl.az)